20 İyul 2016 12:27
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2005-ci ildən əvvəlki illərlə müqayisədə yol nəqliyyat hadisələrinin sayı 33,1 faiz bu hadisələrdə ölənlərin 31,3 faiz, yaralananların sayı 32,6 faiz artıb”.

Bunu Gəncə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının regional bölməsinin baş həkimi Sevinc Hüseynova bildirib.

Onun sözlərinə görə, statistik rəqəmlər respublikamızda təcili yardım sahəsində yeni strukturun yaranmasına zəmin yaratdı: “Vaxtında və keyfiyyətli ilkin tibbi yardım göstərilməsi, xəstəxanalara çatdırılma mühümdür”.

Sevinc Hüseynova deyir ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım əhalinin sağlamlığının qorunmasında böyük rol oynayır: “Qəflətli xəstəliklər, travmalar, bədbəxt hadisələr zamanı sürətlə inkişaf edən potoloji proseslər, ağır xəstəliklər orqanizmin həyatı vacib orqan və sistemlərində ağır pozulmalara gətirib çıxarır və həyat üçün çox böyük təhlükə yaradır. Bu baxımdan yol nəqliyyat hadisələri xüsusi yer tutur. Belə ki, hər il avtomobil yollarında baş verən yol nəqliyyat hadisələri zamanı yüzlərlə insan həlak olur və ya ömürlük şikəst qalır”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər