25 İyul 2016 14:03
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonu ərazisində azyaşlı zəhərlənmədən ölüb. Teleqraf.com xəbər verir ki, Adil Həşimov qarpızdan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bundan başqa, Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Elnur Hümbətov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Daha bir oxşar hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində yaşayan Marina Nəcmuddinova qarpızdan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Hacı Zeynalov


Müəllif: