Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - yaxın ətrafınızdakı insanların tələblərini dinləyin. Aldığınız təkliflərlə bağlı düşünməyə dəyər. Dərhal cavab verməyin. Axşam saatları yaradıcılıq üçün əlverişlidir.
Buğa - yaranmış situasiyanı təhlil edin. Baş verənlərlə bağlı düşünməyə dəyər. Qətiyyətli, iradəli addımlar və kəskin qərarlar zamanıdır. İntuisiyanız sizə işgüzar məsələlərin həllində tələskənliyə yol verməməyi deyir.
Əkizlər - iri miqyaslı sərmayə yatırmağa dəyməz. Bahalı əşyalar almayın, uzunmüddətli əməkdaşlıqla bağlı kiminləsə danışıqlar və müzakirələr aparmayın. Kobud səhvlərə yol verməyin. Günün ikinci yarısında səbrli və təmkinli olsanız, yaxın ətrafınızdakı insanlarla münaqişələrə yol verməyəcəksiniz. Bunu dəyərləndirəcəklər.
Xərçəng - işgüzar münasibətlərlə şəxsi təmasları heç bir halda qarışdırmayın. Bu gün belə qarışıq partlayışa səbəb ola bilər. Peşəkar fəaliyyət müstəvisində yaranan çətin problemləri həll etmək imkanları var. Sizi diqqətdə saxlayan insanlara işlərin öhdəsindən gəldiyinizi göstərin.
Şir - uğurlu anlaşma və ya sərfəli uzunmüddətli müqaviləyə nail ola bilərsiniz. Ailə üzvləri ilə təmaslarda diqqətli, qayğıkeş, həssas olun. Ən xırda məsələlərdə belə, onların maraqlarını, istək və təkliflərini qulaqardına vurmayın. Qarşılıqlı incikliyə yol verməmək çətin olsa da, ailədə sülhü qorumaq üçün səy göstərin.
Qız - əlverişli emosional fonu olan gündür. Əhvalınız pis olmayacaq. Ən çətin situasiyalarda belə, ruhdan düşməyin, nikbin qalın. Peşəkar fəaliyyətlə yanaşı, şəxsi həyatınızla bağlı məsələləri müzakirə etmək olar.
Tərəzi - yeni romantik təmas yaşamınızda əhəmiyyətli rol oynaya bilər. Adi günlərdə müqayisədə daha çox orijinal və cəsur addımlar atın. Belədə diqqət mərkəzində ola bilərsiniz. İmiclə eksperimentlər uğurlu olacaq. Dəyişikliklər nə qədər ciddi olarsa, bir o qədər yaxşıdır.
Əqrəb - yaxşı xəbərlər alacaqsınız. Son vaxtlar nigaran qaldığınız insandan sizi sevindirəcək məlumat gələcək. Təşviş və təlaş geridə qalacaq. Pozitiv olun. Yaranan kiçik problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanlar sizi tərifləyəcəklər.
Oxatan - neytral gündür. Hadisələrin inkişaf məcrası sizdən və davranışınızdan asılıdır. Planetar məqamların duruma təsiri olması barədə marazmatik iddialara inanmayın. Yeni təcrübə və bilik əldə etmək üçün əlverişli zamandır. Dünyagörüşünüzü artırın. Əldə etdiyiniz məlumatlar karınıza gələ bilər. Biliklərin artırılması üçün də pis gün deyil.
Oğlaq - intuisiyanıza güvənsəniz, yaxşı və uğurlu gün olacaq. Ənənələri pozmağa, daşlaşmış qaydalar çərçivəsindən kənara çıxmağa çalışın. Yaxın ətrafınızdakı insanların dedikləri kimi yox, öz bildiyiniz kimi hərəkət edin. Peşəkar fəaliyyət müstəvisində dəyişikliklər və şəxsi həyatda yeniliklər zamanıdır.
Dolça - yaxın ətrafınızdakı insanlarla əlaqələrə və təmaslara yenidən baxmaq olar. Yeni münasibətlər istisna deyil. Axşam saatlarına yaxın əhvalınız pozula bilər. Zərərli vərdişlərdən birindən imtina edin, tamahınıza kölə olmayın. Sadə və faydalı qidalarla kifayətlənin.
Balıqlar - etibarlı tərəfdaşla yeni işə başlamaq olar. Qəfil səfər xərclərə səbəb olacaq. Amma xeyli xoş emosiyalar alacaqsınız ki, bu da sərf olunan pula dəyər. Romantik görüşlər pis keçməyəcək.