22 Aprel 2014 13:41
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbi ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun imzaladığı əməkdaşlıq müqaviləsinə əsasən hər iki ali təhsil müəssisəsi fakültə, kafedra və professor-müəllim heyəti arasında birbaşa əlaqə və əməkdaşlığı dəstəkləyəcək və zəruri tədbirlər görəcək.

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a daxil olan məlumata görə, xarici universitetlərlə bərabər yerli universitetlərlə də əməkdaşlığın vacibliyini qeyd edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycanda ali təhsil sektorunun inkişafina təsir edəcək əsas amillərdən biri də universitetlərin bir-biri ilə əməkdaşlıq etməsi və əldə etdikləri bilik və təcrübələrin paylaşmalarından ibarətdir.

Bakı Ali Neft Məktəbinin qısa zaman çərçivəsində qazandığı uğurları yüksək qiymətləndirdiyini qeyd edən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov bildirib ki, Bakı Ali Neft Məktəbinin təcrübələrində yararlanmaq onlar üçün olduqca əhəmiyyətlidir.

NİGAR


Müəllif: