«Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinın həyata keçirdiyi “Azərbaycan multikultrasiya modeli kimi: müxtəlif millətlərin cəmiyətə inteqrasiya məsələləri və bu günki mənəvi vəziyyətlərinin tədqiqi” layihəsi yekunlaşır .
Layihə rəhbəri Sevinc Kərimovanın Teleqraf.com-a verdiyi məlumata görə, mayın 1-dən başlayan layihə çərçivəsində Azərbaycanın 6 rayonunda (Qax 25 iyul, Balakən 2 avqust, Quba 04 iyul, Qusar 13 iyun, Lənkəran 21 iyun və İsmayıllı 12 iyul) “Azərbaycan Multikulturalizm modeli-dünyada sülh, qardaşlıq və dözümlülük ideyasının yayılmasına töhvəmiz” adlı dəyirmi masalar keçirilib.
6 rayonda keçirdiyimiz dəyirmi masalarda azərbaycanlılarla yanaşı bu rayonlarda yaşayan rus, avar, tat, gürcü, axıska türkləri, talış kimi millətlər dəyirmi masaların iştirakçıları idi.
Layihənin rəhbəri Sevinc Kərimovanın sözlərinə görə, görüşlər zamanı bir daha şahidi oldum ki, bizimlə birgə yaşayan xalqlar ölkəmizin var olan 5 barmağıdır. Hər biri öz yeri, öz mədəniyyəti ilə böyük mədəniyətimizin parçasıdır.
Azərbaycan xalqının malik olduğu milli mədən dəyərlərin vermiş olduğu yüksək birğə yaşayış mədəniyyəti, burada yaşayan xalqlara, onların mədəniyyətlərinə hörmət, diğər xalqlara öz kimliklərini danmaq məcburiyətinin olmaması əksinə özünü ifadə etmək imkanının tanıdılması bu xalqların Azərbaycan həyatının vacib hissəsi olmasına şərait yaradıb. Əsrlərdən bəri var olan bu birğə yaşayış bir birinə dözməklə yox, könüllü dostluq və sevgi ilə bərqərar olub. Yüz illiklərə meydan oxuyaraq sülh və əminamanlıq şəraitində yaşayıb, dövtimizin ali qanunları bu münasibətlər daha da möhkəmləndirilib, yerli xalqların din inanclarına , mədəniyyətlərini sərbəst şəkildə qorumaq və təbliğ etmək imkanı yaradılıb. Bu gün bu xalqlarında ən başlıca problemi işğal altında qalan torpaqlarımızın tezliklə yağı düşməndən azad edilməsi , minlərlə köçkünümüzün öz doğma yurd yuvalarına qaytmasıdır.
Olduqca maraqlı keçən dəyirmi masalar barədə S. Kərmova öz təsüratını belə ifadə etdi : “Sevindirici haldır ki, dəyirm masalarda çıxışlar zamanı ləzgilərin də, rusların da, tatların da istifadə etdiyi kəlmə “bizim ölkəmiz”, “bizim vətənimiz ” idi. Əlbətdə ki, dövlətimizin apardığı Multukulturalizmlə bağlı siyasəti ölkəmizin birğəyaşayış mədəniyyətinin dünyanın sülh sevər xalqlarına çatdırmaq, tanıtmaq və öz haqq səsimizin daha da gur eşdilməsinə nal olmaqdır. Bəzi dünya xalqlar üçün isə Azərbaycan multukulturalizmi öyrənlmək üçün böyük məktəbdir. “
Qeyd edək ki, dəyirm masalar Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan multikultrasiya modeli kimi: müxtəlif millətlərin cəmiyətə inteqrasiya məsələləri və bu günki mənəvi vəziyyətlərinin tədqiqi” layihəsi çərçivəsində baş tutub.