29 Avqust 2016 17:29
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Cənubi Afrika Respublikasında Azərbaycan mətbəxinin ləziz nümunələrinin yer aldığı “Dünya bir boşqabda” (“The World on a Plate”) adlı kitabın təqdimat mərasimi keçirilib.


Teleqraf.com xəbər verir ki, kitabda səfirliyimizin təşəbbüsü və dəstəyi ilə balıq ləvəngisi və şəkərburanın bişirilmə qaydası əks olunub.

Təqdimat mərasimində Azərbaycanla bağlı quraşdırılmış stenddə ölkəmizin mədəniyyəti, təbiəti, tarixi və turizm imkanlarına dair məlumatlar yer alıb.

Qeyd edək ki, “Dünya bir boşqabda” kitabı CAR-da akkreditə olunmuş diplomatik missiya rəhbərləri və üzvlərinin həyat yoldaşlarından ibarət International Diplomatic Spouses Association-un təşəbbüsü ilə ilə nəşr edilib.

Nihad


Müəllif:

Oxşar xəbərlər