Türkiyə qida sektorunun qabaqcıl quruluşlarından olan Bağban Qıdanın qurucusu və eyni zamanda bu şirkətin rəhbəri Mecit Bahçıvan 85 yaşında vəfat edib. Bahçivanın cənazəsi sabah Fatih məscidində qılınacaq günorta namazından sonra Ədrinə Qapı məzarlığında dəfn olunacaq.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Mecit Bahçıvan Türkiyə qida sektorunda “pendir kralı” kimi tanınırdı.
Məlumat üçün qeyd edək ki, İstanbul Sənaye Palatası (İSO) idarə heyətinin sədri olan Erdal Bahçivanın atası olan Mecid Bahçivan 1930-cu illərin sonunda ailəsi ilə birlikdə İrəvandan Türkiyəyə köç edib, aradan keçən müddət içərisində Türkiyə qida sənayesində etdiyi yenilikləri ilə sektorun qabBaqcıl adamlarından biri olub.
1969-cu ildə girdiyi İstanbul Ticarət Odasında 25 il fasiləsiz xidmət göstərən Bahçivani 1981-1987-ci illər arasında bu sektorun inkişafında əhəmiyyətli işlərə imza atıb.
Mecid Bahçivani qida sektorunda həyəta keçirdiyi yeniliklər və Türkiyədə pendir istehsalının inkişafında etdiyi fəaliyyətlər səbəbindən Türkiyədə “pendir kralı” olaraq tanınırdı.
Cavad