8 Sentyabr 2016 09:39
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub.

Teleqraf.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Müəllif: