9 Sentyabr 2016 13:42
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak edəcək. Azərbaycanlı tanınmış həkim Fərman Ceyranlı da Vahid Gürcüstan Partiyasının siyahısı üzrə seçkilərə qatılır.

Artıq Vahid Gürcüstan Partiyası namizədlər siyahısını açıqlayıb. Fərman Ceyranlı partiyanın siyahısında 9-cu yerdədir.

Azərbaycanın sabiq baş cərrahı bildirib ki, partiya siyahısında doqquzuncu sırada yer alması təkcə ona deyil, bütün borçalıya verilən önəmdir: “Bizlər siyasi baxımdan fəallaşdıqca, güc mərkəzi halına gəldikcə, hesablaşmalı olurlar. Bunlar hələ ilk işartılardır”.

Cavad


Müəllif: