9 Sentyabr 2016 17:31
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bayıl qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Məzahir Qasımi həyat yoldaşı Fərizə ilə ailə münaqişəsi zəminində mübahisə edib. Daha sonra ər balta ilə həyat yoldaşına çoxsaylı zərbələr vuraraq öldürüb.

Cinayəti törədən Məzahir Qasımi həbs edilib.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: