Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Rustavi şəhərində Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkili özü məlumat yayıb.
Ə.Amaşov qeyd edib ki, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi Gürcüstana səfərləri zamanı Kvemo-Kartli bölgəsinin qubernatoru P.Xizanaşvili ilə görüşür. O qeyd edib ki, bu görüşlərdə Azərbaycan-Gürcüstan əlaqələrindən, azərbaycanlıların yaşadığı rayonlardakı məktəblərdə kadr çatışmazlığından və digər həlli vacib problemlərdən söhbət acılır. Ə.Amaşov bildirib ki, sentyabrın 14-də keçirilən görüşdə isə müzakirə edilən məsələlərin dairəsi xeyli geniş oldu.
Səxavət