Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində birinci kurs tələbələri ilə görüş keçirilib.
Universitetdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə adıçəkilən fakültənin müəllimləri, KİV rəhbərləri iştirak ediblər. Fakültə dekanı, professor Cahangir Məmmədli tələbələri təbrik edib, Bakı Dövlət Universiteti, o cümlədən jurnalistika fakültəsinin tarixi və bu günü barədə ətraflı məlumat verib.
Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Ədalət"qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz çıxış ediblər. Media kapitanları tələbələri rəhbəri olduqları qurumlarla əlaqə saxlamağa dəvət edib, onların təcrübə əldə etmələri üçün istənilən köməyi göstərməyə hazır olduqlarını qeyd ediblər.
Sonda dekan müavini, dosent Könül Niftəliyeva tələbələri maraqlandıran sualları cavablandırıb, qonaqlarla xatirə şəkilləri çəkdirilib.