17 Sentyabr 2016 11:01
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Bakının Xəzər rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qala qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Kamal Nəzərov idarə etdiyi “Renault” markalı maşınla yolu keçən piyada Mübadə Məmmədovanı vurub. Piyada hadisə yerindəcə keçinib.
Kamil Nəzərov daha sonra idarəetməni itirərək avtomobili qarşıdan gələn “İveco” markalı avtobusa çırpıb.

“Renault”da olan sərnişin, 1971-ci il təvəllüdlü Şəfayət Cəfərov aldığı xəsarətdən vəfat edib. Kamal Nəzərov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Daha bir yol nəqliyyat hadisəsi Xətai rayonunda baş verib. 1999-cu il təvəllüdlü Vidadi Rəhimzadə Nobel prospektində idarə etdiyi “Hyundai” markalı 1964-cü il təvəllüdlü Sevda Nəsirovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Oxşar hadisə Nərimanov rayonunda da baş verib. Bakı şəhər sakini Ceyhun Rüstəmov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən həmyerlisi Humay Əhmədovanı vurub. Piyada hadisə yerində ölüb.

Qeyd edək ki, sentyabrın 16-da respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Hacı Zeynalov


Müəllif: