Futzal üzrə Dünya çempionatında iştirak edən millimizin qapıçısı Rövşən Hüseynli İran yığması ilə keçirilən qarşılaşmada nümunəvi addım atıb.
Oyunun gedişində topu qapıçıya gec qaytaran topdaşıyan oğlana əsəbləşən və onu acılayan qapıçımız daha sonra ona yaxınlaşaraq üzrxahlıq edib və onun könlünü alıb.
Qeyd edim ki, oyun keyfiyyətlərinə görə də diqqət mərkəzində olan Rövşən Hüseynli Dünya çempionatında 43 qurtarış etməklə bu göstəriciyə görə 3-cü pillədə qərarlaşıb.
BAKU.WS