23 Sentyabr 2016 10:17
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 30-da Şəmkir şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, qəbulda Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında yaşayan sakinlər iştirak edə bilər.

Qəbulda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətlərə baxılacaq.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər