23 Sentyabr 2016 14:09
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Şəkidə meşə sahəsində at və eşşəklərin kütləvi öldürülməsi faktı qeydə alınıb.

“ARB Şəki” TV-nin məlumatına görə, bu heyvanların eyni gündə, eyni saatda kəsilməsi sual altındadır. Lakin videoda 100-dən çox at və eşşək leşinin atıldığını görmək olar.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Teleqraf.com-a açıqlamasında bildirib ki, Şəki məişət tullantıları paliqonunda aşkarlanan at qalıqlarına Şəki Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilib: “Tullantıların haradan gətirilib atılması məlum deyil, bu, araşdırılır. Tullantıların kim tərəfindən buraya atılmasının araşdırılması məqsədi ilə Şəki Rayon Polis Şöbəsinə müraciət olunub”.

Yolçu Xanvəli bildirib ki, həmin at qalıqları toplanaraq ərazidə baytarlıq-sanitariya qaydalarına müvafiq zərərsizləşdirilməsi həyata keçiriləcək:

"Məişət tullantıları paliqonunda dezinfeksiya və dezibnseksiya tədbirinin aparılması Baytarlıq İdarəsinin fəaliyyətinə aid deyil. Burada baytarlıq orqanları yox, müvafiq qurumlar tədbir aparmalı və dezinfeksiya işlərini görməlidirlər”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər