30 Sentyabr 2016 12:06
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin payız sessiyasının ilk plenar iclası Azərbaycan dövlət himninin oxunması ilə öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov bəyan edib ki, payız sessiyasına müsbət atmosferlə başlanılır: “Bildiyiniz kimi bu yaxınlarda referendum keçirilib. Yerli və beynəlxalq müşahidəçilər birmənalı olaraq bəyan edib ki, seçkilər demokratik və şəffaf keçirilib. Bu, bir daha göstərir ki, prezident İlham Əliyevin apardığı siyasət xalq tərəfindən dəstəklənir”.

Oqtay Əsədov əlavə edib ki, ötən müddətdə parlament ciddi fəaliyyət göstərib, xarici əlaqələri möhkəmləndirib: “Bundan başqa, 2015-ci ildə Avropa Parlamenti Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib. Bundan sonra Azərbaycan parlamenti Avronestdə fəaliyyətini dayandırıb. Bu bir il müddətində münasibətlər olmayıb. Sentyabrın 15-də Avropa Parlamentinin bir qrup deputatı Azərbaycana səfər edib, prezident tərəfindən də qəbul edilib. Bu haqda mən çox danışmayacağam. Çünki Avronestlə əlaqələrin bərpa edilməsinə dair gündəlikdə məsələ var”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər