Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, layihə haqda deputatlara parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ -19 yaşdan (“B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə), Tramvayları, trolleybusları idarəetmə hüququ -21 yaşdan, ”CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ -21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə), “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ-23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək səhəsində təcrübə 5 ildən az olmamaq şərtilə), “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ-26 yaşdan (65 yaşadək və “D” kateqorioyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək.
Daha sonra təklif səsverməyə çıxarılaraq qəbul edilib.
NEMƏT