Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus “VƏFA” kiçik müəssisəsinə məxsus ümumi sahəsi 70 kvadrat metr olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları 16 kvadrat metr sahədə, içərisində 1 stol və sexə bitişik başqa bir vətəndaşa məxsus ümumi sahəsi 70 kvadrat metr olan mərmər tozu anbarının dam örtüyünün yanar konstruksiyaları 4 kvadrat metr sahədə yanıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Fövqəlqadə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, sexin və anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğını saat 05:37-də yanğınsöndürənlər söndürüb.