Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - Çoxdan həllini gözləyən şəxsi problemlərdən biri yenidən gündəmə gələcək. Bu gün həmin problemlərin həllini tapmaq və ya çıxış yolunu aramağın istiqamətini müəyyənləşdirmək imkanları var. Şəxsi münasibətlərdə təşəbbüslərlə bağlı ehtiyatlı davranın. Ünsiyyətdə təkəbbürlü və inadkar olmayın.
Buğa - sizə bir zamanlar yardım etmiş insanları unumayın. Çətin vəziyyət yaranarsa, onlar yenə də sizə kömək edəcəklər. Birgə layihələrə qatılmaq və danışıqlar aparmaq üçün pis zaman deyil. Diqqətli, qayğıkeş olsanız, qarşınıza qoyduğunuz məqsədə daha tez çata bilərsiniz.
Əkizlər - əhəmiyyətli irəliləyiş və ya böyük uğur olacağını gözləməyin. Köhnə problemlər yenidən qayıdacaq, yeni çətinliklər yaranacaq. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Xərçəng - gün çətinliklərdən xali deyil. Kommersiya fəaliyyəti, anlaşmalar və sövdələşmələr üçün münasib zamandır. İşləriniz pul qazanmağa yönəlməlidir. Sizin üçün önəmli işə və ya layihəyə pul yatırmağa hazır insanlar var.
Şir - potensial sifarişçi və ya yeni iş yerinin sahibi ilə görüş, danışıqlar üçün sərfəlidir. Planlaşdırılmamış səfərlər, qəfil olaylar olacaq. Yeni tanışlıqlar istisna deyil. Maliyyə problemlərini həll etmək, alış-veriş etmək olar.
Qız - istənilən iş üçün əlverişli zamandır. Diqqətinizi cəmləyin, ağır və məşəqqətli saydığınız işləri təxirə salmayın. İşdə həmkarlarınızla münasibətlərdə həssas, qayğıkeş olun. Gərəkli nəticəyə minimal vaxt ərzində nail olmağa can atın. Ətrafınızdakı insanların rəğbətini qazanın.
Tərəzi - səhhətinizdə problemlər istisna deyil. Emosional fon əlverişsizdir. Nikbin olun, problemlərin qarşısından geri çəkilməyin. Ətrafınızda yaşanan hadisələrə laqeyd qalmayın.
Əqrəb - danışıqlar gərgin keçəcək. İndiyədək dil tapdığınız insanlarla müzakirələrdə müəyyən çətinliklər yaşanacaq. Kompromis əldə etmək üçün səy göstərin.
Oxatan - günün ilk yarısı sadə olmayacaq. İşlərin öhdəsindən asanlıqla gəlmək mümkün deyil. Problemlərin həlli hesabladığınızdan artıq vaxt tələb edir. Planların dəyişdirilməsi ilə bağlı zərurət yaranacaq.
Oğlaq - həddən artıq aktiv çalışmayın. Əks halda yorğunluq sizi haldan sala bilər. Yaxın ətrafınızdakı insanlar sizi anlamağa çalışacaqlar. Sevdiyiniz insana diqqət ayırın. Səmimi söhbət və etiraflar bir-birinizi yaxşı tanımağa yardım edəcək. Son vaxtlar şəxsi münasibətlərdə yaranan problemi müzakirə etmək olar.
Dolça - gün məhsuldar olmasa da, xoş keçəcək. Narahat olmayın, nigaran qalmayın. Arzulara və illüziyalara qapılmayın. Maraqlı, əhəmiyyətli işlə məşğul ola bilərsiniz. Şansı dəyərləndirin.
Balıqlar - kənar təsirlərə məruz qalmayın. Səhhətinizə fikir verin. Enerji potensialınızın səviyyəsinin aşağı düşməsi əhvalınıza təsir edəcək. Sizi soyuqqanlı və laqeyd insan saya bilərlər. Yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın.
Milli.Az