“Büdcə sistemi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihə Milli Məclisin plenar iclasına çıxarılıb.
Teleqraf.com xəbər verir ki, deputatlara məlumat verən komitə sədri Ziyad Səmədzadə bildirib ki, parlament "Büdcə sistemi haqqında" qanun qəbul edib: “Bu qanunun icrası nəticəsində ölkənin maliyyə sistemi təkmilləşdirilib. Qanuna təklif olunan dəyişikliklər daha çox məsuliyyətlə bağlıdır. Burada eyni zamanda texniki dəyişiklik də var. Belə ki, “çatdırılmasına görə” ifadəsi "çatdırılmamasına görə" ifadəsi ilə əvəzlənir. Eyni zamanda qanunun 20-ci maddəsinə “qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır” ifadəsi əlavə edilir.
NEMƏT