Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı layihəsinə start verildi.
Layihə 3 regionda-Beyləqan, Xızı, İsmayıllı rayonları keçiriləcək. Adı çəkilən regionlarda aparılan ilkin işlərin n əticəsi olaraq “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı sərginin keçirilməsi nəzərdə tutulur. Layihənin icrasında əsas məqsəd - kənd təsərrüfatı sahəsində yerli istehsalçılarda rəqabət qabiliyyətinin artırılmasına təşəbbüs göstərməklə yerli bazarda məhsullara olan tələbatı və həmçinin gənclərin bu sahəyə marağını artırmaqdır. Məlumat üçün bildirmək istərdik ki, layihə çərçivəsində görüləcək işlər İsmayıllı, Beyləqan, Xızı rayonlarında yaşayan fermerləri və gəncləri əhatə edir.
Gənc sahibkarlarla görüş Beyləqanda (14-16 noyabr ; 5-7; 23-25 dekabr ) Xızıda (18-20 noyabr, 09 – 11, 27 - 29 dekabr ) qeyd etdiyimiz tarixlərdə keçirələcək. Layihədə 100 nəfərdən ibarət fermerlər və gənclər iştrak edəcəklər.