Bakının Nəsimi rayonunda mənzildə meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1950-ci il təvəllüdlü Bayramov Fəxrəddin Əhməd oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 00:07-də başa çatıb.
Hacı Zeynalov