Bu gün AMEA-nın Ədəbiyyat İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
Teleqraf.com-un məlumatına görə, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylinin sədrliyi ilə keçirilən Elmi Şurada bir sıra cari məsələlərə baxılıb.
Filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhmədin "Ön söz"ü, tərtibi və izahlarla hazırladığı İran və Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın fars "Divan"ından poetik və filoloji tərcümələrdən ibarət kitabı çapa məsləhət bilinib.
Kitabın elmi redaktoru akademik İsa Həbibbəylidir.
İclasada həmçinin yeni qurumun yaradılması haqqında qərar qəbul olunub. "Ədəbiyyatşünaslıq+bədii yaradıcılıq" adlı yeni birliyə kademik İsa Həbibbəylinin tövsiyəsi ilə Vüqar Əhməd sədr seçilib.