Türkiyənin Kahramanmaraş vilayətində səfərdə olan millət vəkili Qənirə Paşayeva vali Vahdəddin Özkanla görüşdə terrorla mübarizədə Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu deyib.
Teleqraf.com-un məlumatına görə, Q.Paşayeva Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib.
Millət vəkili Kahramanmaraş valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. Q.Paşayeva Azərbaycanın bölgələri ilə Kahramanmaraş vilayəti arasında əlaqələrin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib. Deputat Kahramanmaraş valisini ölkəmizə dəvət edib. O, həmçinin Kahramanmaraşda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.
Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali V.Özkan “Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq” deyib. Vali Q.Paşayevanın Kahramanmaraşda keçirdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq bu cür konfransların çoxalmasının əhəmiyyətini qeyd edib.
Səxavət