"Avstriya ATƏT-in gələcək həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Avstriya xarici işlər naziri Sebastyan Kurts deyib:
"Avstriya münaqişənin sülh yolu ilə həlli yollarının tapılmasında Azərbaycan və Ermənistana yardım etməyə hazırdır. Təşəbbüslər barədə danışmaq hələ tezdir - hər şey regional inkişafdan asılıdır. Vyana bu ilin mayda sammit paytaxtı seçiləcək və əgər istək olsa, biz danışıqları qəbul etməyə hazırıq".
Qeyd edək ki, 2017-ci ildə ATƏT-ə Avstriya sədrlik edəcək.
Samir