Noyabrın 22-də Avropa Dizayn İnstitutunun (İstituto Europeo di Design, İED) nümayəndələri ilə Qərb Universiteti tələbələri arasında “Azerbaijan Fashion Week” layihəsi çərçivəsində ənənəvi görüş keçirilib.
Universitetin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə İED Venesiya şöbəsinin direktoru İqor Efrem Zanti və region üzrə menecer Olqa Myelkova iştirak ediblər.
Qərb Universiteti dizayn kafedrasının müdiri Pərvanə Əliyeva qonaqları salamlayıb və universitetin İED ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. O, gələcəkdə mübadilə proqramları çərçivəsində bir çox layihələrin baş tutacağına ümid etdiyini söyləyib.
Sonra İqor Efrem Zanti “İtaliya və Azərbaycan dizaynın müqayisəli analizi” mövzusunda mühazirə oxyub, tələbələrin çoxsaylı suallarını cavablandırıb.