25 Noyabr 2016 17:11
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ayrı-ayrı rayonlarında ölümlə nəticələnən bədbəxt hadisələr qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, bədbəxt hadisələrdən biri Oğuzda baş verib.

Ağdam rayon sakini Mütalif Məmmədov Oğuz şəhəri ərazisindəki meşə sahəsində kəsdiyi ağac üzərinə düşüb. O, xəstəxanaya aprılarkən yolda ölüb.

Abşeron rayonunun Saray qəsəbə sakini Gülnarə Məstanova evində dəm qazından zəhərlənərək ölüb. Oxşar hadisə Nəsimi rayonunda da baş verib. Nəsimi rayonu ərazisində dəm qazından zəhərlənməsi ilə Tahir Süleymanov xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.


Qaradağ rayonunun Lökbatan qəsəbəsində də bədbəxt hadisə qeydə alınıb. Gülnarə Rzayeva evinin hamam otağında yıxılması nəticəsində baş nahiyəsindən aldığı xəsarətdən ölüb.

Bütün faktlar üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər