Bu il yanvarın 10-11-də ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün imtahan keçiriləcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, imtahanlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq.
İmtahanlarda Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edəcək. Eyni zamanda, Şuşa rayonunun Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu imtahanlara qatılacaqlar.
Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər.