Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş verən qalmaqallı hadisə ilə əlaqədar Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşları və Şəmkir Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri bu gün səhər saatlarından etibarən xidməti araşdırma aparır.
Bu haqda Şəmkir Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Kənan İbrahimov Teleqraf.com-a açıqlamasında bildirib. Onun sözlərinə görə, məktəbdəki müəllimlərdən izahat alınır, yekun nəticə günün sonunda araşdırma bitdikdən sonra məlum olacaq.
O, sözügedən məktəbin direktorunun işdən azad olunduğu barədə mediada yayılan məlumatların həqiqətə uyğun olmadığını qeyd edib.
Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Ceyhun Mirzə Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş vermiş qalmaqallı hadisənin araşdırılması üçün rayona ezam edilib.
Qeyd edək ki, Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasındakı qalmaqal olub. Adıçəkilən məktəbdə laborant işləmiş Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə X.Əliyevanı xidməti noutbukda seks videosu olduğu üçün işdən uzaqlaşdırıldığını açıqlayıb.
Nərgiz