“Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq”.
“Report” xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslər onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür: “Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur”.
Daha sonra nazir bilditrib ki, Azərbaycanda 71 min adamın əmək kitabçasında maaşı 105 manatdan az göstərilib.
Onun fikirincə, bunun səbəbi müxtəlif ola bilər: "Maaşın minumum əmək haqqından aşağı olması işçilərin ya yarım ştatda işləmələri ya başqa səbəblə bağlı ola bilər. Amma ölkə ərazisində əmək haqları minimum qiymətdən aşağı olmamalıdır".
Nazirin sözlərinə görə, Azərbaycan Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncamı 145 min adama təsir edəcək: "Onların əmək haqqı təxminən 40,3 milyon manat artacaq".