Həmyerlimiz Fərhad Səmədov Rusiyanın Başqırdıstan Respublikası rəhbərinin fərmanı ilə baş nazirin müavini təyin olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, soydaşımız Başqırdıstan Respublikasında sənaye, innovasiya proseslərinə, informasiya texnologiyalarına nəzarət edəcək.
Qeyd edək ki, Fərhad Astan oğlu Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb.
1994-1998-ci illərdə “Eksimer” elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan “Kaustik” QSC-yə, “Soda” ASC-yə rəhbərlik edib.
Rusiya Federasiyasının fəxri kimyaçısı olan F.Səmədov baş nazirin müavini təyin edilənə qədər “Birləşmiş neftkimya şirkəti”nin prezidenti olub.
Səxavət