25 Yanvar 2017 19:12
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İnstitutdan Teleqraf.com-a verilən məlumata görə, Elmi Şuranın iclasında Tarix İnstitutunun 2017-ci il üçün elmi-tədqiqat işlərinin planı təsdiq olunub.

Plana əsasən, institutda 3 cildlik “Azərbaycan tarixi”, "Zəngəzur tarixi", "Şəki tarixi" çap olunacaq.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, “Azərbaycan tarixi”nin yeni nəşrində əsas diqqət Azərbaycanın tarixi torpaqlarının tədqiq olunmasına yönəldiləcək: “Bizim heç kəsə ərazi iddiamız yoxdur. Ancaq öz tariximizə sahib çıxırıq. Tarixi torpaqlarımızın: İrəvanın, Zəngəzurun, Göyçənin və digər tarixi ərazilərimizin keçmişini araşdırırıq”.


Müəllif:

Oxşar xəbərlər