Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında internet medianın statusunun müəyyənləşdirilməsi məsələsini qaldırıb.
Teleqraf.com xəbər verir ki, Ə.Amaşov domein və hostinq alan insanların bəzilərinin internetdə istədiyini yazmasını qanunda olan boşluqlardan biri kimi dəyərləndirib: “İndi bu cür məsələləri məhkəmə müstəvisində həll etmək çətindir. Gərək, söz azadlığı çərçivəsi aşılmasın. Buna görə də internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Bununla yanaşı, internet mediasına dövlət tərəfindən maliyyə ayrılsa, bu, çox yaxşı olar”.
Nemət