Bu gün Neftçala rayonunun İkinci Mayak kəndi ərazisində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu təsdiqlənib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, tapılan meyit 15 dekabr səhər saat 05:00 radələrində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşmüş neftçilərdən birinin meyitidir. Həmin şəxsin Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu bildirilir.