Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - səfər, ezamiyyət, mühüm danışıqları təxirə salın. Əldə edilmiş razılıqları sənədləşdirməyə tələsməyin. Bu gün hansısa sənədləri imzalamaq, yeni öhdəliklər götürmək məsləhət deyil.
Buğa - şəxsi münasibətilərdə gərginlik və emosiyalar çox olduğundan qarşılıqlı anlaşma, rahat yaşam şərtləri pozula bilər. Vacib sual verərkən çox açıq və düz cavab almağa hazır olun.
Əkizlər - məlumatları qəbul edin, əldə etdiyiniz informasiyalardan dərhal yararlanmağa çalışmayın. Xəbərlər, məlumat və bilikləri sistemləşdirin, mühüm işə hazırlıq görün.
Xərçəng - Merkuri və Plutonun münasibətləri gün ərzində hadisələrin ləng cərəyan etməsi təəssüratı yaradacaq. Fəqət, məlumat və xəbərlər bol olacaq.
Şir - alış-verişdə izafi xərcləri təxirə salın. Borca düşməyin, yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Situasiyanın bəzi məqamlarını qaydaya salmaq olar. İşlərdə və hisslərinizdə qayda yaradın.
Qız - sizin üçün önəmli insanlardan diqqət və təşəbbüs gözləməyin. Bel bağladığınız layihələr qısa müddətdə böyük gəlir vəd etmir. Bununla yanaşı, təmkinlə və aramla düşünsəniz, ciddi mövzunun məğzini anlaya bilərsiniz.
Tərəzi - Pasife və Veneranın münasibətləri bol şanslı gün bəxş edəcək. Lakin hər şeyə dərhal nail ola biləcəyinizi düşünməyin. Hansısa məsələdə ciddi pərişanlıq və ruh düşkünlüyü ilə üzləşə bilərsiniz.
Əqrəb - səhhətinizə fikir verin. Həkim məsləhəti və müayinə tələb edən simptomları qulaqardına vurmayın.
Oxatan - yalana tuş olacağınız situasiyalara düşməməyə çalışın. Sizi dilə tutaraq sonradan problem yarada biləcək əməli reallaşdırmağa çağıracaqlar. İntriqalara, zarafatlara, dedi-qodulara qatılmayın.
Oğlaq - Miranda və Sinopenin münasibətləri günlə bağlı bəlli çərçivələr yaradır. Vaxtınıza azad şəkildə hökm etmək və istəyinizə uyğun iş seçməklə bağlı situativ çətinliklər yarana bilər.
Dolça - iddiaların səviyyəsini bir qədər aşağı salın. Mümkün qədər çox iş görməyə çalışın. İmkan varsa, alış-verişdə çox pul xərcləməyin. Daha doğrusu, pul qazanmağa çalışın.
Balıqlar - hansısa illüziya darmadağın olacaq, perspektivlərinizi məntiqlə dəyərləndirin. İşlərdə olduğu kimi, hisslərdə də qarışıqlıq var. Sevdiyiniz insanın davranış və istəklərini tam anlaya bilməyəcəksiniz.
Milli.az