4 Fevral 2017 16:32
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il 6-10 may tarixlərində Bakıda kişi idman gimnastikası üzrə 34-cü Avropa çempionatı keçiriləcək.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Yarış Tokio-2020 Olimpiadasından öncə baş tutacaq və lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, hər il Bakıda Milli Gimnastika Arenasında Dünya Kubokunun mərhələləri keçirilir və bu mərhələlərdə də Olimpiya Oyunlarında iştirak üçün lisenziya xalları verilir.

2007, 2009 və 2014-cü illərdə Azərbaycan bədii gimnastika üzrə 3 Avropa çempionatına ev sahibliyi edib. Gələn il isə Bakıda batut gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.


Müəllif: