Kadr dəyişiklikləri hər zaman cəmiyyətin diqqət mərkəzində olub.Dünyada neftin qiymətinin kəskin düşməsi fonunda Azərbaycanda hökumətin yeni eraya qədəm qoyduğunu vurğulayanların arqumenti ondan ibarətdir ki,ənənəvi kursla idxal-ixrac əməliyyatlarında müsbət saldonu qoruyub saxlamaq, ölkədə maliyyə sabitliyini təmin etmək və beynəlxalq rəqabət mühitində maraqlarını təmin etmək mümkün deyil.
Elə isə aparılan kadr yeniləşməsi millətimizin gözləntiləri baxımından nə qədər effektli olub? ”Azərbaycan Dəmir Yolları” QSC yeni dövrün tələbləri qarşısında hansı miqyasda fəaliyyət apara bilir? Bu sualları cavablandırmaq üçün millət vəkillərinə müraciət etdik.
Zahid Oruc: “Cavid Qurbanov ölkə başçısının strateji planlarına yüksək təşəbbüskarlıq və çevikliklə reaksiya verməyi bacaran insan kimi tanınır, O, dövlətçi bir adamdır”.
Deputat Zahid Orucun bildirdiyinə görə, deputatı həmkarı Cavid Qurbanovun təyinatının çox uğurlu olduğunu qiymətləndirmək üçün keçmişlə müqayisələr aparmadan da obyektiv nətiəcələr çıxarmaq mümkündür.
O, qeyd edib ki, əlbəttə, şəxsi nümunələrin, ardıcıl işlərin yüksək nəticə verdiyini və qlobal maraqların təminatında həlledici rol oynadığını görmək üçün dəmir yollları şəbəkəsində aparılan kadr dəyişikliyini məhz müasir dünya iqtisadi çağırışları kontekstində qiymətləndirmək lazımdır:
“Baxın, Azərbaycan son illər Xəzər dənizi üzərində qurulan böyük transmilli layihələrdən yeni alternativ təməllər üzərinə keçir. Bildiyiniz kimi, diversifikasiya termini yalnız neft-qaz kəmərlərinə aid olan və enerji resurslarına görə istər marşrut, istərsə də bir istehsalçı dövlətdən asılı olmamağı özündə ehtiva edir. Lakin iqtisadiyyatın şaxələndirilməsi qlobal iqtisadiyyatın qarşısında dayanan ən böyük vəzifədir və ölkəmizdə son illər Dəmir yolu nəqliyyatı bu baxımından son dərəcə mühüm alternativ kimi çıxış edir. Eyni zamanda, Prezident İlham Əliyev xammal ixracından qurtulmaq və dövlət büdcəsinin gəlirlərinin mənbəyində digər sektorları çəkili bir səviyyəyə qaldırmaq üçün hər zaman ambisiyalı proqramlarla çıxış edir. Lakin son iki ilə qədər Dəmir yolu sistemləri ölkənin paytaxtını əyalətlərlə birləşdirən zəif bir həlqə olmaqda davam edirdi. Sovetlər Birliyindən qalmış köhnə texniki parklarla,idarəçiliyin pərakəndiyi və məhdud kommunikasiya təsəvvürləri ilə böyük proqramlarla nail olmaq mümkün deyildi.
Lakin indi Azərbaycan nəinki yalnız Bakı-Tiflis-Qars layihəsinin gerçəkləşdirilməsi ilə iki qütbün-Şərq və Qərbin,eləcə də Şimal və Cənub coğrafiyaları arasındakı nəqliyyat arteriyalarının çarpazlaşdığı strateji mövqe sahibinə çevrilir. Xatırlayırsızsa, ötən il Həsən Ruhani və Vladimir Putin məhz Bakıda yüksək zirvə görüşünə qatılaraq mühüm qərərlara imza atdılar.Yeni nəqliyyat marşrutlarının çəkilməsi,böyük yükdaşımaların məhz ölkəmiz üzərindən həyata keçirilməsi və Azərbaycanın tranzit qovşağına çevrilməsi baxımından üçtərəfli danışıqların əhəmiyyəti misilsizdir. Çinin və digər Asiya nəhənglərinin Avropaya gedən yüklərinin ötürücü naqilinə çevrilmək təkcə iqtisadi mənafelər baxımından deyil, həmçinin,ölkəmizin təhlükəsizliyini gücləndirən mühüm arteriyaların yaradılması cəhətindən əvəzsiz rol oynayır və ona görə də hökumətlərin dilində “Dəmir İpək Yolu” termini qədim tarixi yolların bərpa edilməsi kimi dəyərləndirilir. Qlobal ticarət mərkəzinə çevrilmək üçün dəmir yollarının müasir və çevik bir struktura çevrilməsi digər nəqliyyat sahələrinin də inkişafına səbəb olur,həmçinin menecment,bazarlar uğrunda mübarizə və geoiqtisadiyyatın digər sahələrində peşəkarlığı artırmağı tələb edir.
Ona görə də Cavid Qurbanov ölkə başçısının strateji planlarına yüksək təşəbbüskarlıq və çevikliklə reaksiya verməyi bacaran insan kimi tanınır. O, dövlətçi bir adamdır və Vətənə bağlılıq ilk növbədə, rəhbərlik etdiyin qurumun yüksək xidmət təşkilatına çevirməklə təsdiqləməlisən, eyni zamanda,dövlət üçün strateji sahələrdən danışanda artıq yeni tranzit vasitələrinin sırasında dəmir yollarının üstün bir yerə çatdığını və böyük hədəflər uğrunda çarpışdığını açıq ürəklə qeyd etmək mümkündür.
Biz Bakı-Sumqayıt arasında,yaxud, “Asan daşıma”lar üzrə aparılan hazırki işlərin böyük neft qiymətləri dövründə gerçəkləşdirilməsinin gətirə biləcəyi faydalardan artıq danışmırıq.Bütün bunlara rəğmən Azərbaycanın tranzit potensilanın genişləndiyi danılmazdır və bunu dövlətimizin aktivinə yazmaq lazımdır. Nəzərə alın ki, kommunikasiyalar özləri də düşmənlə savaşın bir silahıdır. Ermənistanın regional tranzit xətlərindən kənarda qalması səngərdə aparılan müharibədən az əhəmiyyət kəsb etmir. Ona görə də bir az məlumatlı şəxs kimi həmkarımızın Dəmir yollarını ölkə başçımızın yüksək diqqətinə çıxara bilməsini uğurlu hadisə hesab edir,baş verən dəyişikliyi neft-qazdan azad olmaq istəyən bir ölkənin alternativ iqtisadiyyat yaratması yolunda əhəmiyyətli addım sayıram”.
Çingiz Qənizadə:“Cavid müəllimin peşəkar fəaliyyəti, yüksək təşkilatçılıq və idarəçilik bacarığı, qabiliyyəti imkan verir və verəcək ki, Azərbaycan bu istiqamətdə qarşısına qoyduğu məqsədlərinə tezliklə çatsın, böyük layihələri vaxtında və zamanında uğurla reallaşdıraraq, Azərbaycanımızın inkişafına müstəsna töhfələrini versin”.
Digər bir millət vəkili Çingiz Qənizadə də Azərbaycan dəmir yollarının son illər böyük inkişaf yolu keçdiyini və bu inkişafın əldə edilməsində də “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun önəmli xidmətlərinin olduğunu vurğulayıb.
Millət vəkili eyni zamanda, 2008-ci ildən bəri dünyada başlanan və sonu görünməyən qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana da ciddi təsirləri fonunda dəmir yollarından, bu sahənin inkişafından böyük gözləntilərin olduğunu söyləyib:
“Bilirsiniz, ölkə iqtisadiyyatını düşdüyü vəziyyətdən xilas edəcək sahələrdən biri də məhz nəqliyyat və yükdaşıma sektorudur. Azərbaycan son illərdə bu sahədə bir sıra iri layihələrin təşəbbüskarı kimi çıxış edir və bu layihələri maliyyələşdirir. Hansı ki, bu logistik layihələri reallaşdırmaqla Azərbaycanı regional mərkəz çevirmək olar. Bu yerdə onu da xatırlatmaq istəyirəm ki, mediadan da bəlli olduğuna görə, 2016-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov çox geniş vədlər verən proqram pronozları ilə çıxış edib və bildirib ki, həyata keçirilən layihələr nəticəsində yükdaşımalarından Azərbaycan dəmir yolları ildə 2,5 milyard dollar qazana bilər. O, həmçinin bildirib ki, əgər məqsədlərimizə nail ola bilsək, il ərazində Azərbaycan ərazisindən 50 milyon ton yükdaşımanı həyata keçirmək mümkün olacaq və sairə. Yəni, bunları xatırlatmaqda məqsədim odur ki, bu gün dəmir yollarından, onun inkişafından gözləntilər böyükdür və bu gözləntilər özünü doğruldarsa, Azərbaycan iqtisadiyyatına böyük töhfələr verilə bilər. Azərbaycan bu sahədə nəinki regionun, hətta dünyanın aparıcı, lider dövlətlərindən birinə çevrilər. İnanıram və ümid edirəm ki, məhz belə də olcaq. Çünki buna Azərbaycan dəmir yollarının, xüsusilə də, bu sahəyə çox uğurlu rəhbərlik edən Cavid Qurbanov böyük potensialı və imkanları var. Cavid müəllimin peşəkar fəaliyyəti, yüksək təşkilatçılıq və idarəçilik bacarığı, qabiliyyəti imkan verir və verəcək ki, Azərbaycan bu istiqamətdə qarşısına qoyduğu məqsədlərinə tezliklə çatsın, böyük layihələri vaxtında və zamanında uğurla reallaşdıraraq, Azərbaycanımızın inkişafına müstəsna töhfələrini versin. Buna tam və qəti əminəm”.
Millət vəkili bu yerdə bu yaxınlarda qarşılaşdığı bir hadisəni də dilə gətirib:
“Bu yaxınlarda bir qohumumu Bakı Dəmir Yolu Vağzalından xaricə yola salırdım. Fürsətdən istifadə edib həm də burada görülən işlərlə maraqlandım. Çünki böyük tikinti-abadlıq, yenidənqurma işləri görülürdü. Məlum oldu ki, Azərbaycan dəmir yollarında, Bakı Dəmiryol Vağzalının bərpasında və yenidən qurulmasında dünyanın ən müasir texnologiyalarından istifadə edilir, hər şey müasir standartlara uyğun olaraq qurulur. Yəni, yaxın günlərdə yenidən qurulmasından sonra açılışı gözlənilən Bakı Dəmir Yolu Vağzalı MDB məkanında analoqu olmayan ən gözəl və ən müasir dəmiryol vağzalı sayıla bilər. Hətta, deyərdim ki, Avropada belə bir dəmir yolu vağzalı yoxdur. Hər şey sanki göz oxşayır. Təbii ki, bu işlərin görülməsində, bu sahənin inkişafında da həmkarımız Cavid Qurbanovun xidmətləri müstəsnadır. Yenə deyirəm, o, böyük təşkilatçılıq qabiliyyətinə malik bir kadrdır. Bu yöndəki fəaliyyətində ona bundan sonra da böyük uğurlar arzulayıram”.
Gununsesi.info