Bakıda intihara cəhd olunub.
APA-nın məlumatına görə, hadisə ötən gecə paytaxtın Nizami rayonunda qeydə alınıb.
1974-cü il təvəllüdlü Məhbubə Bayramova azyaşlı övladı ilə birgə beş mərtəbəli binanın damına çıxaraq özlərini atmaq istəyib. Hadisə yerinə gələn polis və xilasedicilər onu fikrindən daşındırıblar.
Məhbubə Bayramova polisə verdiyi ilkin ifadəsində məhkəmə qərarına etiraz olaraq bu addımı atdığını qeyd edib.
Salyanda da intihar hadisəsi baş verib.
1988-ci il təvəllüdlü Şəfəq Hüseynova sirkə turşusu içib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.