Bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakının Xətai rayonunda yerləşən 204 saylı məktəbdə 8 mart Qadınlar Günü münasibətilə uşaqların hər birindən 30 manat pul tələb olunduğu barədə xəbər yayılıb.
Məlumata görə, məktəbdə valideyn iclası olub. İclasda 8 mart Qadınlar Günü münasibətilə 30 manatdan pul yığılacağı bildirilib.
Valideynlərdən biri deyir ki, məktəbdə 1000-ə yaxın uşaq oxuyur. Deməli, bir bayram münasibətilə məktəbdə 30 min manata yaxın pul yığmaq tələb olunur.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi Teleqraf.com-a açıqlama verib. İdarədən bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumat araşdırılıb: “Məktəbdə araşdırılma aparıldı. Belə bir anonim və əsassız müraciət yalnız böhtan kimi dəyərləndirilə bilər”.
İlhamə ƏBÜLFƏT