Bakı şəhərində daha iki nəfər dəm qazından zəhərlənərək ölüb.
Teleqraf.com xəbər verir ki, hadisələrdən biri Səbail rayonunda baş verib. Şirvan şəhər sakini Xəyalə Qubadlı kirayədə yaşadığı mənzildə zəhərlənərək ölüb.
Nərimanov rayonu ərazisində yaşayan Ruhəngiz Şərifov də mənzilində dəm qazından zəhərlənərək vəfat edib.
Qeyd edək ki, Biləcəri qəsəbəsində Gülnarə Kərimova və onun azyaşlı oğlu Murad Kərimov dəm qazından zəhərlənərək ölmələri barədə xəbər yayılıb.
Hacı Zeynalov