Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Bu barədə Teleqraf.com-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.
Onun sözlərinə görə, iclas Əfv Məsələləri Komissiyasının əsasnaməsinə uyğun olaraq, Komissiyanın sədri, Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən çağırılıb: "Katiblik daxil olan məlumatlarla bağlı arayışlar hazırlayıb təqdim edir və Komisiyanın sədri, hörmətli akademik Ramiz Mehdiyevin təşəbbüsü ilə isə çağırılır. Bu günkü iclasda Əfv Məsələləri Komissiyasını daxil olan müraciətlərlə bağlı arayışlar dinlənildi və müzakirələr oldu".
Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı proqnozlaşdırılır. Martın 21-dək bir neçə iclasın keçiriləcəyi gözlənilir və ümumilikdə iclaslarda 800-dən çox müraciətə baxılması nəzərdə tutulub.
Nərgiz