19 Fevral 2017 18:39
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda “Fəşn Vik Aftəpati” çərçivəsində Leoni Mergenin “Qarabağ kolleksiyası” nümayiş etdirilib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutan tədbirdə Qarabağ mövzusu və irsi diqqət mərkəzində olub.

Teleqraf.com xəbər verir ki, Berlində yaşayan gənc dizayner Leoni Mergen tərəfindən öz gözəlliyi ilə ictimaiyyətin diqqətini çəkən yeni “Qarabağ kolleksiyası” Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimləri əsasında hazırlanıb. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxalı və qollu çuxalar təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.

Tədbir moda sənayesində çalışan peşəkar modelyer, moda üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqların iştirakı ilə yüksək əhval-ruhiyyə şəraitində keçirilib. Azərbaycan muğamı və instrumental musiqisinin sədaları altında podiuma çıxarılan kolleksiya 26 müxtəlif geyim nümunələrdən ibarət olub. Leoni Mergenin mədəniyyətlərarası əlaqəni qeyri-adi formada əks etdirən, eyni zamanda texniki cəhətdən bacarıqla yerinə yetirilmiş geyim nümunələri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu kolleksiyanın hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir.

“Fəşn Vik Aftəpati” çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter tədbirin mahiyyəti haqqında məlumat verib.

Qeyd edilib ki, “Qarabağ kolleksiyası” TEAS üçün çox maraqlı layihədir və biz gənc berlinli dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və bu layihəni dəstəkləməkdən məmnunuq.


Müəllif:

Oxşar xəbərlər