Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus və Türkiyənin Antalya şəhərində yerləşən "Mardan Palace" otelinin baş direktoru dəyişib.
Çetin Pehlivan baş direktor vəzifəsindən azal olunub. Onu Selçuk Şentepe əvəzləyib.
Qeyd edək ki, S. Şentepe 2008-ci ildən etibarən "Mardan Palace" otelində müxtəlif vəzifələri tutub.
Qeyd edək ki, "Mardan Palace" 2009-cu ildən etibarən fəaliyyətə başlayıb. Otel T. İsmayılova 1,4 mlrd. dollara başa gəlib./APA/