23 Fevral 2017 18:05
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə yaşayan erməni publisist və ictimai-siyasi xadim Vaqe Avetyan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, o, bununla bağlı Facebook hesabında videomüraciət ünvanlayıb:

"Əziz azərbaycanlılar! Sürgündə olan həmyerlilərim adından sizə bu bəyanatın mətnini oxumaq istəyirəm.

Əziz qonşularımız! Bizim qrupumuz dünyadakı azərbaycanlı intelektuallara müraciət hazırlayıb. Bu müraciətdə bizim qonşuluğumuzun bütün aspektləri, tarixi və faciələri əks olunub. Sənəddə ən faciəvi hadisələr xüsusilə qeyd edilib: Sumqayıt, Bakı, Xocalı, işğal olunmuş ərazilər, qaçqınlar".

O əlavə edib ki, bunlardan ən faciəvisi Xocalı soyqırımıdır. Avetyanın sözlərinə görə, müraciət müəllifləri soqırımı hərrac mövzusu etmək niyyətində deyil: "ABŞ, Kanada, İsveç və digər ölkələrdə yaşayan erməni qrupu bəyan edir ki, 1992-ci ilin fevralında Xocalıda baş verənlər soyqırımıdır".

Samir


Müəllif:

Oxşar xəbərlər