Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar İtaliyanın Roma, Milan, Piza, Rimmini və Pavia kimi şəhərlərinin əsas meydanlarında Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) tərəfindən məlumatlandırcı aksiyalar təşkil olunub.
Teleqraf.com-un xəbərinə görə, aksiyalarda İtaliyada təhsil alan azərbaycanlı tələbələr, habelə bu ölkədəki Azərbaycan diaspor nümayəndələri iştirak dib. Aksiyaların məqsədi İtaliya ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq, Ermənistan tərəfindən mülki azərbaycanlılara qarşı törədilmiş soyqırım və digər cinayətlər barədə həqiqətləri yaymaq olub.
Aksiyaların iştirakçıları üzərində “Xocalıya ədalət!”, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalı unudulmamalıdır!” və digər bu səpgidə şüarlar yazılmış plakatları əllərində tutaraq, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoyması, Xocalıda törədilmiş soyqırımın baiskarlarının cəzalandırılması və soyqırıma siyasi-hüquqi qiymət verilməsi ilə bağlı çağırışlar ediblər.
Romada keçirilən aksiya zamanı Xocalı qurbanlarına həsr edilmiş musiqili bədii kompozisiya da səsləndirilib.
Aksiyalara maraq göstərən şəxslərə Xocalı soyqırmını əks etdirən broşürlər və bukletlər paylanılıb.