6 Mart 2017 23:58
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunun Deqədi-Pəlikeş avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib. Ucqar dağ kəndlərinə birləşdirən yolda sürüşmə hər gün davam edir.

Sürüşmənin aktiv davam etməsi yolda təhlükəli vəziyyəti yaranmasına səbəb olur. Yolun təqribən 3 metrə qədəri çökərək dərəyə doğru sürüşməsi avtomobillərin hərəkətini çətinləşdirib. Hətta yoldan bir avtomobin keçməsi belə mümkünsüz olub.

Rövşən Həmdəmov (kənd sakini): "Yağış yağmağa başlayan kimi torpaq sürüşməyə başlayır".

Hazırda yolda ən təhlükəli vəziyyət Baxışova və Nəşəkeş kəndindən keçən ərazidə müşahidə olunur. Dağdan sürüşərək yola düşən qaya parçaları sürücülər üçün əsil təhlükə mənbəyinə çevrilib.

Bəşir Məmmədov (sürücü): "Həmişə sürüşür. 1saatlıq yolu 2 saata gedirik".

Sürüşmə nəticəsində sitrus bağlarına da ciddi ziyan dəyib. Dağın yamacında əkilən yüzlərlə naringi ağacı torpaq altında qalıb. Artıq aidiyyəti qurumlar əraziyə baxış keçirib. Onlarda sürüşmənin qarşısını almaqda çarəsiz olduqlarını deyiblər.

Qeyd edək ki, Deqədi-Pəlikeş yolundan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir. (ARB TV)


Müəllif:

Oxşar xəbərlər