Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, sonuncu iclasda 120 müraciətə baxılıb.
Bununla da baxılan müraciətlərin sayı 950-ni keçib. Müraciətlərin təxminən 450-nə müsbət rəy verilib.
İclasların yekunu ilə bağlı qərar layihəsi hazırlanaraq dövlət başçısına təqdim ediləcək.
Bununla da Əfv Komissiyasının iclasları başa çatmış hesab olunur. Ötən bir ay ərzində sözügedən komissiyanın 5-dən çox iclası keçirilib.
Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.
Cavid