17 Mart 2017 12:46
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dövlət Qulluğuna qəbul imtahanlarının ödənişləri hələ dəqiqləşdirilməyib".

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dövlət Qulluğuna dair bəzi qaydalar təsdiqlənsə də müsahibə ilə əlaqədar qaydalar təsdiqlənməyib: “ Hazırda müsahibə ilə əlaqədar qaydaların təsdiqlənməsi gözlənilir. Qaydalar təsdiqləndikdən sonra imtahanların qiymətləri ilə bağlı Tarif Şurasına müraciət ediləcək”.

M. Abbaszadə mətbuatda hansısa ekspertlərin arayışına əsasən DİM-in imtahanlardan əldə etdiyi gəlirlərin hesablanaraq ictimaiyyətə təqdim olunması xəbərinə münasibət bildirib.

DİM sədrinin sözlərinə görə, yazıdan məlum olur ki, araşdırma aparan şəxslər heç vurma cədvəlini bilmir, həm də adi riyazi əməliyyatı aparmağı bacarmırlar: “ Hətta özlərinin yazdığı hesablamarda belə "5+2" əməlinin cavabını 9 kimi qeyd edirlər. Maraqlıdır ki, daxil olan və xərclənmə məbləğ nəyə istinadən verilib? Ümumiyyətlə daxil olan məbləğin hamısı gəlir ola bilməz”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər