18 Mart 2017 18:53
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Novruzda bayram axşamını evdə keçirmək vacib deyil. Həmin gün qonaq da, başqa yerə getmək də olar”.

Bu sözləri “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun direktor müavini, folklor tədqiqatçısı Məhərrəm Qasımlı deyib.

Onun sözlərinə görə, yaz mərasimi şimal yarımkürəsinin şərq regionunda yaşayan xalqların bayramıdır: “Yəni bu bayram qış-yaz əvəzlənməsi olan ölkələrdə qeyd olunur. Bütün dövrlərdə Azərbaycan və bizə qonşu ölkələrdə yazın gəlişi qeyd olunub. Amma bütün hallarda hər xalqın öz Novruzu var.

Məsələn, bizdə “Kosa-kosa” mərasimi var, bu mərasim digər türk xalqlarında yoxdur, ancaq Azərbaycan Novruzunun tərkib hissəsində olan elementdir.

Məsələn, türkmənlər, özbəklərdəki mərasimlərin də bir çoxu bizdə yoxdur. Ümumiyyətlə, Novruz bütün dövrlərdə el bayramı kimi qeyd olunub. Sovet dövründə, yəni müəyyən bir dövr ərzində Novruz yasaq olunduğundan ev bayramı halına gəlmişdi. Bütün bunlara baxmayaraq, xalq öz bayramını unutmadı".

Məhərrəm Qasımlı bildirib ki, Novruzun tarixi çox uzaqlara gedir: "Amma XI-XII əsrlərdə Səlcuqlular dönəmində geniş qeyd olunmağa başlayıb. Bununla belə, ondan qədimlərdə də köklərinə rast gəlinib”.


Müəllif:

Oxşar xəbərlər